Qarışıq hüquq kitabları

Əmək Məcəlləsinin Kommentariyası (2007)

Mülki Prosessual Məcəllənin Kommentariyası (2003)

Thomas Herrmann – Mülki Prosesdə hüququn tapılması (2012)

Fərhad Mehdiyev – İnsan Hüquqları (2009)

Cinayət Hüququ – Ümumi Hissə (mühazirələr)

Sabir Allahverdiyev – Mülki hüquq kursu I cild

Sabir Allahverdiyev – Mülki hüquq kursu II cild

Sabir Allahverdiyev – Mülki hüquq kursu III cild

Sabir Allahverdiyev – Mülki hüquq kursu IV cild

İnzibati icraat haqqında qanunun kommentariyası (2006)

Beynəlxalq xüsusi hüquq – dərslik (2007)

Xarici qanunlar

Bəzən məqalə yaxud bloq yazıları yazarkən, ən çox ehtiyac duyduğum mənbələrdən biri də xarici qanunvericilik aktları olur. Daxili qanunvericiliklə bağlı əksər məsələlərin mahiyyətinə varmaq üçün bizə yaxın sosiolojik xüsusiyətləri olan ölkələrin yaxud həmin sahədə aparıcı hüquq ənənələrinə malik hüquq sistemlərinin qanunvericilik aktlarının analoji maddələri çox faydalı olur. Uzun müddət ərzində toplaya bildiyim və ən çox istifadə etdiyim qanunları (ingilis dilində) bu yazıda bölüşürəm.

Mülki Prosessual Məcəllənin hüquqi şəxsin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulması barədə normaları problemlidir

Mülki Prosessual Məcəllədə hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatı tənzimləyən maddələr hesab edirəm ki, qüsurludur. Məcəllənin 355-5-ci maddəsinə görə, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin maddədən aydın olan budur ki, burada hüquqi şəxslərin faktiki icra orqanının rəhbərinin getmək hüququ müvəqqəti məhdudlaşdırılır nəinki həmin ödəmələrin ödənilmədiyi dövrdə hüquqi şəxsə rəhbərlik etmiş icra orqanının rəhbəri.

Məhkəmə praktikası da belədir, yəni hüquqi şəxslərin faktiki icra orqanının rəhbərinin getmək hüququ məhkəmə qaydasında müvəqqəti məhdudlaşdırılır. Hesab edirəm ki, bu hər vəziyyətdə yaxşı bir tənzimləmə deyil.

Məsələn, tutaq ki, A adlı şəxs X MMC-nin icra orqanının rəhbəri olduğu dövrdə X MMC-yə maliyyə sanksiyaları tətbiq olunur. A adlı şəxs icra orqanı rəhbəri vəzifəsindən uzaqlaşdırılır və B adlı şəxs X MMC-nin icra orqanının rəhbəri təyin olunur. Bu halda, qanunun dispozisiyasına və məhkəmə praktikasına görə, B şəxsinin ölkədən çıxışına məhdudiyyət qoyulacaq. Lakin, bu məqsədsiz bir tədbirdir, çünki B adlı şəxs yeni icra orqanı rəhbəri kimi vəzifəyə təyin olunandan sonra xarici ölkələrdə biznes fəaliyyətinə çıxış imkanları əlindən alınmış olur, həm də məsul olmadığı bir vəziyyət səbəbilə məhdudlaşdırılmış olur. Həm də, hazırki tənzimləmə sui istifadə hallarına da açıqdır. Məsələn, A adlı şəxs icra orqanının rəhbəri olduğu dövrdə maliyyə sanksiyaları tətbiq olunduqdan sonra, formal olaraq idarəetmədən uzaqlaşaraq başqa bir C şəxsini icra orqanının rəhbəri təyin olunmasına şərait yarada, daha sonra C şəxsinin icra orqanı rəhbəri kimi bütün əsas səlahiyyətlərinin özünə həvalə etdirərək faktiki fəaliyyətini həyata keçirib, həm də tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin tədbirindən yayına bilər.

Odur ki, qanunun tələbləri daha ümumi tənzimləmə müəyyən etməli, məhkəmələrin qanunun məntiqinə formal yanaşmadan iş üzrə qərar çıxarmalarına şərait yaradan tərzdə qurulmalıdır.